Ərdoğan futbolçuya söz atdı:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Fənərbaxça" klubunun "Hədəf 1 milyon üzv" adlı stadionunu ziyarət edib.
"interposta.info" "Milliyet"ə istinadən xəbər verir ki, ölkə prezidenti klubun futbolçuları və prezidenti Əziz Yıldırımla görüş zamanı Musa Sou-ya "Niyə mənim klubuma çoxlu qol atırsan? Bilirsənmi mən Rizə şəhərindənəm?" sualını verərək zarafat edib.
"Mən hər oyunda qol vurmağa çalışıram, bu həftə "Beşiktaş"la matçda da bunun üçün oynayacam"- deyə prezidentin zarafatına zarafatla cavab verən Sou da gülüşlə qarşılanıb.
Qeyd edək ki, Musa Sou "Çaykur Rizespor"un qapısına 5 qol vurmuşdu.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26