Interposta.Info

Əsədi devirmək üçün film çəkildi:

Dünya
 4-05-2017, 22:43     534

Suriyada ordu qüvvələri tərəfindən dinc əhaliyə qarşı kimyəvi silahın tətbiqi üzrə səhnə çəkilişləri aparılıb.
Publika.az xəbər verir ki, bu haqda “RİA-Novosti” agentliyinə hərbi-diplomatik mənbə bildirib.
Onun sözlərinə görə, sifarişçi və çəkilişlərin sponsoru Avropadadır.
“Ağ dəbilqə” ("The White Helmets" (Ağ dəbilqə) adlanan film Suriyada çoxlu sayda insanın həyatının xilas edilməsindən bəhs edir. Ekran işi "ən yaxşı qısametrajlı sənədli film" nominasiyasında mükafat alıb –red.) filminin məhsuldarlığı “teleserial”ın səhnə çəkilişlərinin davam etdirilməsi üçün terrorçulara ilham verib”, - agentliyin həmsöhbəti deyib.
O qeyd edib ki, bir neçə informasiya kanalı tərəfindən təsdiq edilmiş məlumata görə, çəkilişlər bu günlərdə “Əl-Cəzirə” telekanalının stringerlər qrupu tərəfindən keçirilib. Mənbə vurğulayıb ki, çəkilişlər İdlib vilayətinin Serakab, Erixa və Cisr-er-Şuğur yaşayış məntəqələrində keçirilib. Çəkilişlərə təxminən 30 yanğınsöndürən və təcili tibbi yardım maşını, həmçinin qaçqınlar düşərgəsindən gətirilmiş 70-ə qədər yerli sakin cəlb edilib.
Çəkiliş prosesinin sonunda uşaqlar da daxil olmaqla hər bir iştirakçıya min Suriya poundu və ərzaq verilib.
Qeyd edək ki, bir neçə gün əvvəl İdlib meyitxanasından 23 uşaq cəsədinin itdiyi barədə xəbər yayılıb. Onlardan məhz kimyəvi silah hücumu barədə çəkilişlərdə istifadə olunduğu ehtimal edilir.
Xatırladaq ki, aprelin 4-də İdlib vilayətində kimyəvi silah hücumunda 80 nəfər ölüb, 400-dən çoxu zəhərlənib. Buna cavab olaraq ABŞ aprelin 7-də Suriya ordusuna məxsus Şayrat aviabazasını bombalayıb.
Müxalifət gücləri, həmçinin Türkiyə və Qərb kimyəvi hücumun Suriya ordusu tərəfindən həyata keçirildiyini bildirsələr də, Dəməşq ittihamları qəbul etmir. Rusiya isə hadisənin dəqiq araşdırılmasını tələb edir.
Ötən həftə isə ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Robert Stil Livanın “Ahbar” qəzetinə müsahibəsində İdlibdə həyata keçirilən kimyəvi hücuma maliyyə dəstəyini Səudiyyə Ərəbistanı və İsrail verdiyini deyib.
“MKİ-nin keçmiş rəhbəri Con Brennan İdlib əməliyyatının maliyyəsi üçün Ər-Riyad və Təl-Əvivi razı saldı. Onun Səudiyyə Ərəbistanı ilə yaxın əlaqələri var. Ona görə ki, 1996-1999-cu illərdə o, Ərəbistanda MKİ müdiri kimi çalışmışdı. Bu illər ərzində Ər-Riyad Brennandan kifayət qədər istifadə etdi”, - o bildirib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26