Interposta.Info

Elçiliyə gedən oğlan 5 nəfəri güllələyib intihar etdi -

Dünya
 4-05-2017, 09:06     415

Türkiyənin Adana şəhərinin Seyhan rayonunda bir binanın qarşısında 6 cəsəd tapılıb.

Musavat.com-un məlumatına görə, ölənlərdən 3-nün qadın olduğu bildirilib.

Son dəqiqə məlumatına görə, hadisəni qohumları ilə birlikdə elçiliyə gedən oğlan törədib. Məlumata əsasən, Hanım Kaya ad-soyadlı qızı istəməyə gedən Denizhan Dener iki tərəfin qızğın mübahisə etdiyini görərək silaha əl atıb və öz qohumlarının hamısını güllələyib.

Daha sonra polisə zəng edərək məlumat verən qatil polislər gələnə qədər intihar edib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26