Biləsuvarda 9 yaşlı oğlan 7 yaşlı qızı güllələyib öldürdü

Biləsuvarda qətl hadisəsi baş verib.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, rayonun Günəşli kəndində 2010-cu il təvəllüdlü Qasımova Səbinə Elşən qızı qohumu tərəfindən güllələnərək öldürülüb.
Hadisəni törədən şəxs S. Qasımovanın qohumu, 2008-ci il təvəllüdlü Bəxtiyar Rafiq oğlu Gözəlovdur.
Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir. Ov tüfəngi ilə ehtiyatsız davranan 9 yaşlı R. Gözəlov S. Qasımovaya atəş açaraq öldürüb.
Hadisə yerində Biləsuvar rayon prokurorluğunun əməkdaşları çalışır.
XeberBi.az
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26