ABŞ Əfqanıstanda yeni əməliyyatlara başlayacaq -

ABŞ cari ildə Əfqanıstan ərazilərinin İŞİD terror qruplaşmasından azad edilməsini planlaşdırır.
Trend-in məlumatına görə, bunu Birləşmiş Ştatların bu ölkədəki Silahlı Qüvvələrinin nümayəndəsi Bill Salvin bəyan edib.
O qeyd edib: "Bizim 2017-ci ildə onları (İŞİD terrorçuları - red.) məhv etmək üçün yaxşı şansımız var".
B.Salvinin sözlərinə görə, bundan əvvəl regionda 2500-3000 İŞİD terrorçusu var idisə, əməliyyatlar nəticəsində onların sayı hazırda 800 nəfərədək azalıb.
Qeyd edək ki, 2001-ci ildən Əfqanıstanda "Taliban" hərəkatına qarşı hərbi əməliyyatlar aparan ABŞ-ın hazırda bu ölkədə 8400 hərbi qulluqçusu var.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26