Interposta.Info

Tanzaniyada 10 000-dək məmur saxta diploma görə vəzifəsindən kənarlaşdırılıb

Dünya
 30-04-2017, 09:05     403

Tanzaniya prezidenti Con Maqufuli diplomlarının saxta olduğu müəyyənləşdirilən 10 000-dək məmuru vəzifəsindən uzaqlaşdırıb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, prezident Con Maqufuli 2015-ci ildə başlanmış araşdırmanın yekun hesabatı ilə tanış olduqdan sonra 9 932 məmurun dərhal istefaya getməsini tələb edib.

Prezident istefaya göndərilən məmurların qısa zamanda ixtisaslaşdırılmış mütəxəssislərlə əvəzlənəcəyini qeyd edək, KİV-lərdən dövlət qulluğundan uzaqlaşdırılan şəxslərin siyahısını yaymağı xahiş edib.

Con Maqufuli 2015-ci ilin noyabrında prezident seçildikdən dərhal sonra korrupsiya və dələduzluqla mübarizəyə yönələn “şok terapiyası” siyasətinin icrasına başlayıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26