Interposta.Info

Liberiyada 11 nəfər naməlum xəstəlikdən ölüb

Dünya
 29-04-2017, 12:45     429

Afrikada 11 nəfər naməlum xəstəlikdən ölüb.

APA-nın BMT-nın saytına istinadən verdiyi məlumata görə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisləri Liberiyada naməlum xəstəliyin səbəblərini araşdırır.

Həftənin əvvəlində 19 nəfər hərarət, qusma və ishal əlamətləri ilə xəstəxanaya yerləşdirilib.

Əksəriyyəti 21 yaşadək olan xəstələrdən 11-i ölüb. Məlumata görə, xəstələnən şəxslər yerli dini liderin dəfnində iştirak edib. Həkimlər onların ilkin olaraq Ebola xəstəliyinə yoluxduğunu düşünsələr də, laboratoriya analizi yeddi halda bunu təsdiq etməyib. Naməlum xəstəliyə yoluxan xəstələr digər xəstələrdən təcrid edilib.

Hazırda mütəxəssislər su və hava nümunələrinin laboratoriya analizlərini aparır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26