Interposta.Info

Yaponiyada növbəti dəfə naməlum virus aşkarlanıb

Dünya / Manşet
 6-10-2021, 09:29     227

Yaponiyada daha əvvəl gənələrin sancmaları vasitəsilə insanlara ötürülə və titrəməyə səbəb ola bilən aşkarlanan naməlum virus yenidən Hokkaydonun şimalında yerli alimlər tərəfindən aşkarlanıb.

Bu barədə Hokkaydo Universitetinin saytında bildirilir.

Virus ilk dəfə 2014-cü ildə aşkarlanıb. Virusoloq Keyta Masuno qeyd edib ki, Yaponiyada yeni virusa minimum yeddi nəfər yoluxub. İndiyə qədər ölüm halları təsdiq edilməyib. Alimlərin məlumatına görə, həmçinin xəstələrdən bəzilərində qaraciyərin funksiyalarının pozulmaları müşahidə olunurdu. Bundan başqa, Hokkaydo Universitetinin mütəxəssisləri vəhşi heyvanların marallar və yenotların qan nümunələrini yoxlayıblar. Tədqiqatın nəticələri onlarda yeni virusa qarşı anticismlərin mövcudluğunu təsdiqləyib.

Qeyd edilir ki, 2019-cu ildə 41 yaşlı kişi ayaqlarında titrətmə və ağrı ilə Hokkaydoda xəstəxanaya yerləşdirilib. Güman edilirdi ki, həmin şəxs meşədə gəzən zaman gənə onu sancıb. Məlumata görə, ölkədə analoji əlamətləri olan ikinci pasiyent də qeydə alınıb. Onun müalicəsi üçün iki həftə vaxt lazım gəlib.

Hər iki hadisə titrətmə, qanda trombositlərin və leykositlərin miqdarının azalması ilə səciyyələnir.

Virus “Yezo” (Hokkaydo daha əvvəl belə adlandırlırdı-red) adını alıb. Bununla bağlı ətraflı tədqiqat “Nature Communications” nəşrində dərc olunub./repoprt

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26