Interposta.Info

Avropada suriyalı qırğınının qarşısı alındı -

Dünya
 27-04-2017, 21:48     475

Avstriyanın Vyana şəhərində suriyalı miqrantlara qarşı hücum planı hazırlayan alman hərbçi yaxalanıb.

Axar.az xəbər verir ki, 28 yaşlı əsgər Vyana Hava Limanının ayaqyolusunda iri çaplı silahla saxlanılıb.

Onun qaçqın düşərgələrindən birində miqrantları qətlə yetirərək günahı suriyalıların üzərinə atmaq istədiyi bildirilib.

Bu səbəbdən Avstriyaya gələrkən hüquq-mühafizə orqanlarında qeydiyyatdan keçərkən özünü suriyalı kimi təqdim edib.

Təxribat planında əli olan daha bir 24 yaşlı gənc də nəzarətə götürülüb.

Araşdırmalardan sonra bəlli olub ki, hər iki şəxs irqçi fikirlərin daşıyıcısıdır.

interposta.info bildirir ki, faktla bağlı polis təhqiqatları davam etdirir.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26