Interposta.Info

Türkiyə terror yuvasını vurdu, ABŞ ziyarət etdi –

Dünya
 26-04-2017, 15:05     615

Türkiyə İraq və Suriyadakı PKK mövqelərinə aviazərbələr endirməsindən sonra ABŞ bu ərazilərə baş verənləri dəyərləndirmək üçün öz hərbi nümayəndəsini göndərib.

Axar.az xəbər verir ki, aviazərbələrin endirildiyi əraziyə helikopterlə gələn amerikalı nümayəndə alqışlarla qarşılanıb.

Artıq Türkiyə hökumətinin nümayəndəsi olan Avropa Birliyi ilə işlər üzrə nazir Ömər Çəlik məsələyə reaksiya verib:

“Bir NATO ölkəsi olan Türkiyə özünə təhdid yaradan terror düşərgəsini vurub. O, terror düşərgəsi başqa NATO üzvü olan ABŞ-ın komandiri tərəfindən ziyarət edilib. Bunun ardınca ABŞ rəsmilərinin “narahatıq” açıqlaması doğru yanaşma olmadığını göstərir. Əsas açıqlama verilməsi gərəkən məsələ bu fotodur”.

Qeyd edək ki, Türkiyənin Şimali İraqı, o cümlədən Sincar bölgəsini bombalaması nəticəsində 70 PKK-çı zərərsizləşdirilib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26