Interposta.Info

İŞİD Messini girov götürdü -

Dünya
 26-04-2017, 14:54     543

İraqlı 3 yaşlı uşaq adı Messi olduğu üçün İŞİD tərəfindən girov götürülüb.

Axar.az xəbər verir ki, terror qruplaşması Messi adının islam qaydalarına uyğun olmadığını əsas gətirib və onun adının “Həsən” adı ilə dəyişdirilməsini tələb edib.

Uşaq iki il İŞİD əsarətində qalıb. Bu müddət ərzində terrorçular uşağa, onun anasına və bacısına görə ailəsindən pul tələb ediblər.

Hazırda terrorçuların əlindən azad edilmiş uşaq İraqın Dahuk şəhərindəki qaçqın düşərgəsindədir. O, hələ də Messinin adı yazılmış futbol geyimini çıxarmır, amma onu Messi deyə çağıranlara narazılıq edir.

Görünür, uşaqda hələ də terrorçuların qorxusu qalmaqdadır.

interposta.info
İŞİD Messini girov götürdü -
İŞİD Messini girov götürdü -
İŞİD Messini girov götürdü -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26