Interposta.Info

Ərdoğan haqlı çıxdı:

Dünya
 23-04-2017, 07:24     1 045

Almaniyanın Köln şəhərində solçu etirazçıların İslam və immiqrasiya əleyhinə aksiyaları ilə tanınan sağ təmayüllü AfD partiyasının yığıncağına müdaxiləsi qarşıdurma ilə nəticələnib.

interposta.info
BBC-ə istinadın xəbər verir ki, tədbirin keçirildiyi otelə girişi bağlamaq cəhdinin qarşısını alan asayiş qüvvələrilə solçular arasında toqquşma vaxtı iki nəfərin xəsarət aldığı bildirilir.

AfD əleyhdarları "Nasizmə yox!" şüarlarını səsləndiriblər. Solçu aksiyasında iştirak etmək üçün şəhərə 50 min fəalın axışdığı güman edilir. "Onların arasında minlərlə solçu ekstremist var", - polis bildirir.

Asayişi qorumaq məqsədilə şəhərin mərkəzinə 4 min polis göndərilib.

AfD partiyası 4 il əvvəl təsis olunub. O, miqrasiyanın azaldılması və ölkənin Aİ-dən çıxmasına səsləyir.

Almaniyanın siyasi qüvvələri sentyabr ayında keçiriləcək parlament seçkilərinə hazırlaşır.

Qeyd edək ki, Türkiyə Prezidenti Ərdoğan Almaniyanı dəfələrlə nasist siyasətdə ittiham edib və bunun ölkəyə ziyan verəcəyini açıqlayıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26