Interposta.Info

Kim Çen In təhlükəli addım atacaqmı... -

Dünya
 20-04-2017, 19:26     446

Bir neçə müddətdir ki, ABŞ-la Şimali Koreya arasındakı gərginlik dünya siyasətçilərinin diqqət mərkəzindədir. Şimali Koreyanın hər zaman qəribə addımları və qərarları ilə gündəmə gələn rəhbəri Kim Çen Inın ABŞ və Cənubi Koreyanı "təsadüfi” nüvə zərbəsi ilə təhdidləri isə vəziyyəti bir az da gərginləşdirib.

interposta.info
xəbər verir ki, məsələnin aktuallığını nəzərə alaraq BakiPost.az-ın əməkdaşı "hansı addım atacağını əvvəlcədən proqnozlaşdırmaq mümkün olmayan In hazırda dünya üçün təhlükə kəsb edirmi” sualı ilə deputat, politoloq Araz Əlizadəyə müraciət edib. Politoloqun sözlərinə görə, indi dünya siyasətinə elə adamlar gəlib ki, onların bir çoxunun nə adım atacağını əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil: "Məsələn, Tramp gələndə demişdi ki, mən xarici dövlətlərin işinə qarışmayacağam, ancaq ABŞ-ın iqtisadi qüdrətini artırmaqla məşğul olacağam. Bu tərəfdən isə qızı Suriyada kimyəvi silahdan istifadə edildiyinə ağladığı üçün Suriyaya 59 ədəd tomoqraf buraxdı. Təsəvvür edin, gələn dəfə bunun pişiyi miyoldasa nə edəcək... Əgər ayrı dövlətlərin işinə qarışmırsa, onda niyə Şimali Koreyanın işinə qarışır? Mən sözügedən rəhbərlərdən hansının yaxşı adam olduğunu demirəm... Amma dövlətlərin daxili işinə qarışmaq düzgün deyil. Deyirlər ki, Kim Çen In nüvə silahı yaradır. Bəs bu bədbəxtin əlacı nədir? Mərdi qova-qova namərd eləyirlər. Vaxtilə danışmışdılar, ABŞ-la Şimali Koreya arasında müqavilə var idi. Bu müqavilə ilə Şimali Koreyaya ucuz qiymətə yanacaq verəcəkdilər ki, ölkəni təmin eləsin. Sonra dedilər ki, "yox”, biz bunu etməyəcəyik. Belə razılaşmışdılar ki, onlar dediyini etsin, Şimali Koreya da nüvə tədqiqatlarını dayandırsın. Əgər ABŞ vədinə əməl etmirsə, Şimali Koreya da nüvə tədqiqatlarını davam etməlidir.

Bu dövləti hər dəfə təhdid edirlər, ABŞ hər dəfə ora aviadaşıyıcı göndərir, ona qarşı təzyiqlər edir, iqtisadi sanksiyalar tətbiq edirlər. Bəs bu dövlət nə etməlidir? Özünü necəsə qorumalıdır. Hələ bir adam başa sala bilmir ki, niyə İsrail nüvə silahı yaradanda heç kim onlara qarşı sanksiyalar tətbiq etmirdi. Pakistanın nüvə silahı var, SSRİ kömək etdi, Hindistanın da nüvə silahı oldu. Bəs Koreyanın niyə olmamalıdır?

Məsələn İran nüvə tədqiqatları aparanda yaxalarını cırırlar, başqaları aparanda isə yox. İkili standartlar artıq dünyanı boğaza yığıb”.

Araz Əlizadə Kim Çen Inın kifayət qədər ağıllı adam olduğunu və ABŞ hərəkətə keçmədiyi müddətcə hansısa təhlükəli addım atmayacağını düşünür:
"O deyir ki, Amerika mənə hücum eləsə, mən Şimali Koreyadakı ABŞ bazalarını vuracam. Bu da təbii şeydir. Kimsə mənə hücum edirsə, mən də onun bazasını vurmalıyam. Mən Inın axmaq bir insan olduğunu düşünmürəm. Hər halda o, qərbdə təhsil alıb, qərb mədəniyyətini bilir, dünyadan başı çıxır -uşaq deyil. Hansısa ani hərəkət etməsindən qorxmaq lazım deyil”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26