Interposta.Info

Əhmədinejatdan regiona çağırış:

Dünya
 19-04-2017, 18:06     639

İran, Türkiyə və Səudiyyə Ərəbistanı Suriyadakı siyasətlərini dəyişdirməlidirlər.

Axar.az xəbər verir ki, bunu “Əlcəzirə” televiziyasına müsahibəsində İranın eks-prezidenti Mahmud Əhmədinejat söyləyib. O, Suriyadakı konfliktin İran və Fars körfəzi ölkələrinin ciddi siyasi dialoqu sayəsində həll edilə biləcəyini vurğulayıb:

“Hər kəs siyasətini dəyişdirməlidir: Səudiyyə Ərəbistanı, Türkiyə, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, hətta İran, İordaniya və Suriya da xarici siyasətlərini dəyişdirməlidirlər. Bərabər oturub, niyə savaşdığımızı anlamamız lazımdır. Bu savaş xaricdən aramıza soxulan savaşdır. Hamımız zəiflədik və ehtiyatlarımızı tükətdik. Bu çox pisdir. Ciddi dialoqa ehtiyac var”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26