Interposta.Info

AP-dən Türkiyə xəbərdarlığı:

Dünya
 19-04-2017, 07:26     410

Türkiyənin üzünə qapıları bağlamaq Avropanın öz qapısına qol vurması deməkdir.

Axar.az xəbər verir ki, bu sözləri Avropa Parlamentinin (AP) rəhbəri Antonio Tajani Türkiyədəki son siyasi durum haqqında danışarkən deyib.

Diplomat bildirib ki, Türkiyədə edam cəzası bərpa edilərsə, bu ölkə AB perspektivinin xaricində qalacaq:

“Biz Ərdoğan əleyhdarları ilə tərəfdarları arasında vasitəçi olmalıyıq. Türkiyə AB-nin həmfikri olaraq qalmalıdır”.

Qeyd edək ki, konstitusiya dəyişikliyi ilə bağlı keçirilən referendumdan sonra AP-nin Türkiyə üzrə nümayəndəsi bu ölkənin AB-yə qatılmayacağını bəyan etmişdi.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26