Interposta.Info

Əsədsiz Suriya üçün 3 ssenari

Dünya
 14-04-2017, 18:31     491

Ən yaxşısı Rusiyanın, İranın və İŞİD-in olmadığı variantdır

Suriyada qanlı savaş 6 ildir davam edir. Müharibə 400 mindən çox insanın canını alıb. Problemin mərkəzi nöqtəsində isə bir adam durur: diktator Bəşər Əsəd.

Bu adam öz xalqına qarşı bir çox cinayətlərdə, o cümlədən işgəncələrdə və kimyəvi silahdan istifadə etməkdə ittiham olunur.
“Əsəd öncələr Qərbdə islahtçı olaraq qəbul edilirdi. Sonradan xalqına qarşı törətdiyi qəddarlıq onu nəzarət olunmayan despota çevirdi”, -Almaniyanın “Focus” siyasi jurnalı yazır.

Məqalə müəllifi Anya Vilner bütün bu sadalananlara rəğmən Əsədsiz Suriyanın gələcəyinin qaranlıq üfüqdən ibarət olduğunu bildirir.
Vilner Əsəd hakimiyyətinin rusların sayəsində ayaqda dura bildiyini, Qərbin isə rejimin iqtidarda qalacağı heç bir variantı qəbul etmədyini yazır.
Əsədsiz Suriya üçün 3 ssenari


Müəllif Trampın da Suriyada aktiv rol oynamağa başlaması ilə bütün müzakirələrin sonuncu variant üzərində aparıldığını qeyd edir.
Anya Vilner Suriya münaqişəsinin nizamlanmasında Əsədin iştirakını nəzərdə tutmayan 3 ssenarinin mövcud olduğunu yazır.

“Bunlardan ilki və ən ideal variantı keçid hökumətinin yaradılması və yeni konstitusiyanın qəbul edilməsidir.
Bu qərar bir çox qərb siyasətçisinin, habelə Suriya müxalifətinin bir hissəsinin ürəyincə olardı”, - məqalədə yazılır.

“Lakin bu “ideal ssenari”nin praktikada həyata keçmə şansı sıfıra bərabərdir. Çünki regionun əsas strateji oyunçuları sayılan Rusiya və İran bunu həyata keçməsinə imkan verməzlər.

İkinci əngəl Suriya müxalifətinin özünün müxtəlif məqsədlər güdən və radikal dinçilərdən tutmuş dünyəvilik tərəfdarlarına qədər bir neçə cərəyana parçalanmasındadır. Bundan başqa, bu ssenari Suriya xalqı üçün Əsəd qədər təhllükəli və böyük düşmənin, İŞİD-in müqaviməti ilə rastlaşır.
Əsədsiz Suriya üçün 3 ssenari

İkinci ssenariyə əsasən Qərbin hərbi koalisiyası genişmiqyaslı hərbi əməliyyatla Suriyaya daxil olub məsələni həll edirlər.
“Doğrudur, bununla ölkənin sadəcə bir hissəsinə nəzarət edən Bəşər Əsədi yıxmaq olar. Lakin əsas problem bundan sonra başlayır. Belə ki, bütün bunları etdikdən sonra yerli qüvvələri taleyin ümidinə buraxıb tərk etmək mümkün olmayacaq. Bu isə Qərbdə bu qərarı qəbul edən iqtidarları daxili siyasətdə mürəkkəb situasiyaya düşməsinə səbəb olacaq. İraqdan sonra çətin ki hansısa dövlət bunu etməyə cəsarət etsin”, -müəllif yazır.

“Üçüncü ssenari isə ən real variantdır. Əsəd devrilir, lakin onun yerinə heç bir hökumət gəlmir. Bu isə bu vaxta qədər Suriyada dövlətçiliyin varlığının qorunmasının Əsədə bağlı olması anlamına gəlir”, - Vilner qeyd edir.

Heç Əsədin devrilməsi də ölkədə Qərbin anlayışına uyğun demokratik rejimin təsbit edilməsinə gətirib çıxarması böyük sual altındadır.
İndi Qərb çətin mənəvi dilemma qarşısında qalıb. Çünki Əsədin öz xalqını qırmasına icazə vermək də çıxış yolu sayıla bilməz”, - müəllif fikrini yekunlaşdırıb./Musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26