Interposta.Info

Gürcüstan NATO-ya doğru əmin addımlarla irəliləyir-

Dünya
 13-04-2017, 18:35     465

“Gürcüstan öz siyasətini uzunmüddətli nəticələr üzərində qurur”

Gürcüstanda “NATO günləri” həftəsi başa çatıb. Bununla bağlı olaraq ölkədə hərbi blokla bağlı məlumatlandırma ilə bağlı tədbirlər keçrilib.

Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, son sorğular Gürcüstan əhalisinin NATO-ya tam dəstək verdiyini göstərir.

ABŞ-ın Beynəlxalq Respublika İnstitutunun keçirdiyi sorğuda Gürcüstanın NATO-ya daxil olmasına əhalinin 82%-nin rəğbət göstərdiyi bildirilib.

2015-ci ildə Gürcüstanda NATO-nun təlim-məşq mərkəzi açılıb. Burada həm gürcü, həm də digər xarici ölkələrin hərbçiləri təlim keçirlər. Bundan başqa, Gürcüstan ordusu 850 əsgərlə Əfqanıstanda qulluq edən ən böyük xarici hərbi kontingent hesab olunur.

Bu həftə Gürcüstanda NATO-nun köməyi ilə böyük hərbi döyüş hazırlığı bazası tikiləcəyi məlum olub. Həmin mərkəzə ABŞ və Avropadan gələn hərbi mütəxəssislər rəhbərlik edəcək.

Ölkənin müdafiə naziri Levan İzoriya mərkəzin tikintisini “ambisiyalı plan” adlandırıb. O tikinti ilə bağlı xərclərin bir qisminin ABŞ tərəfindən qarşılanacağını bildirib.

“Gürcüstan Alyansın bütün əməliyyatlarında aktiv iştirak edir”, - “Qafqaz Evi” maarifləndirmə təşkilatının icraçı direktoru Georgi Kanaşvili Rusiya mətbuatına müsahibəsində bildirib.

Kanaşvili buunla bərabər ABŞ-da yeni rəhbərliyin gəlməsi ilə Gürcüstanın hərbi təşkilata üzvlüyü məsələsinin təxirə salınacağını istisna etməyib.

Gürcüstanın keçmiş müdafiə naziri David Tevsadze isə ölkənin NATO-ya daxil olmaq arzusunun Abxaziya və Şimali Osetiya hadisələrindən sonra daha şiddətləndiyini vurğulayıb.

“2008-ci ilin avqustundan sonra anladıq ki, bizi heç kim müdafiə edən deyil. “NATO isə “5-ci maddə” deməkdir. (NATO nizamnaməsinin bu maddəsinə əsasən alyans üzvlərinin birinə edilmiş hücum bütün alyansa qarşı törədilən hərəkət kimi qəbul olunur-red.). Bu dünyada ən təhlükəsiz çətirdir və ondan imtina etmək olmaz. Gürcüstan NATO-ya daxil olacaq. Bu prosesin geriyə dönüşü yoxdur”, - Tevsadze qeyd edib.

Tevsadze Rusiyanın Gürcüstandakı qoşunlarını çıxardığı zaman o vaxtkı rəhbərliyin (Qamsaxurdiya dönəmi-red.) situasiyanı ayrı cür qavradığını söyləyib.

“Abxaziya və Cənubi Osetiya Rusiyaya Qafqazı nəzarətdə saxlamaq üçündür. Rusiya Gürcüstana nəzarəti ələ keçirmədən Qafqazın hamısına yiyələnə bilməz”, keçmiş nazir deyib.

NATO ilə yaxınlaşman ən qızğın tərəfdarlarından sayılan Tevsadzenin təşkilatla bağlı söylədikləri diqqəti cəlb edir. Onu fikrincə, soyuq müharibə bitdikdən sonra NATO öz varlığını sürdürməkdən ötrü bəhanə axtarırdı, onu Qarabağ və Osetiyadan sonra tapdı”.

Gürcü mütəxəssisləri Rusiyanın Abxaziya və Cənubi Osetiyanı onlardan qoparmasını təsadüfi hesab etmirlər. Çünki nizamnaməyə görə ərazi problemləri daşıyan dövlətlər Alyansa üzv qəbul edilə bilməzlər.

“Burada Rusiyanın məntiqi mənim üçün nə qədər xoşagəlməz sayılsa da, bir o qədər başa düşülən hesab olunur. Rusiya cənubda öz təhlükəsizlik zonasını qurmaq istəyir. Qafqazı isə özünün müstəsna təsir dairəsi hesab edir”, - politoloq Georgi Kanaşvili qeyd edir.

“Rusiya bölgədə münaqişə zonlarının yaradılmasında maraqlıdır. Hətta situasiya nə qədər yaxşılaşsa belə abxazlar gürcülərlə heç bir danışıq aparmazlar. Rusiya buna izn verməz”, - Tevsadze onun sözlərinə qüvvət verib.

Gürcüstanın özündə isə itirilmiş ərazilərin nəzəri də olsa geri qaytarılmasına ümidlərini itirmirlər.

“Gürcüstan həmişə öz siyasətini uzunmüddətli nəticələr üzərində qurub”, - Kanaşvili qeyd edir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26