Interposta.Info

Rus nümayəndə ingilis diplomatla dalaşdı -

Dünya
 13-04-2017, 11:45     406

BMT Təhlükəsizlik Şurasının iclasında Rusiya nümayəndə heyətinin rəhbərinin müavini Vladimir Safronkovla Britaniyanın təşkilatdakı daimi nümayəndəsi Metyu Raykroft arasında gərginlik yaranıb.

İclas zamanı çıxış edən Raykroft Rusiyanı Əsədə dəstəkdə ittiham edib və Moskvanın öz veto hüququnda sui-istifadə etdiyini bildirib. Buna qarşılıq olaraq Safronkov daha kəskin ifadələr işlədib:

“Siz bizim ABŞ-la əməkdaşlıq edəcəyimizi eşidəndə qorxub, yuxunuzu qaçırtdınız. Siz bundan qorxursunuz. Hər şeyi edirsiniz ki, qarşılıqlı fəaliyyət məhv olsun. Məhz buna görə... Mənə bax, gözlərini qaçırtma! Niyə gözlərini qaçırdırsan? Cənab Raykroft, sən bu gün iclasın gündəliyi haqqında danışmadın. Suriya, İran, Türkiyə və digər dövlətləri təhqir etdin. Bir daha Rusiyanı təhqir etməyə cəhd etmə!”/axar.az

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26