Interposta.Info

Dağıstanda terrorçu

Dünya
 13-04-2017, 11:41     439

Dağıstanda silahlı dəstə rəhbəri zərərsizləşdirilib.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, zərərsizləşdirilən qrupun içərisində onların başçısı İlyas Xəlilovun da olduğu təsdiqlənib.

“Onun Talqi kəndinin iki sakininin öldürülməsi, Karaxami kəndində hüquq-mühafizə orqanı əməkdaşlına hücum, həmçinin terror fəaliyyətini maliyyələşdirmək üçün sahibkarlardan pul qoparmaq kimi cinayətləri var”,- deyə məlumatda bildirilir.

Xatırladaq ki, aprelin 11-i axşam saatlarında Dağıstanın Kumtorkainsk rayonunda Federal Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyi əməkdaşları magistral yolda “Chevrolet” markalı avtomobili saxlamağa çalışıblar. Lakin avtomobilin salonunda olan şəxslər onlara atış açıb. Nəticədə atışma baş verib. Avtomobil yanıb, içərisində olan 3 nəfər ölüb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26