Interposta.Info

Razılaşmasaq, Rusiya təcrid ediləcək -

Dünya
 12-04-2017, 09:40     453

Suriyada ABŞ milli maraqlarına uyğun razılaşma əldə olunmasa, Rusiya təcrid olunacaq.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin sözçüsü Şon Spayser mətbuat konfransı zamanı deyib. Əsədlə müqayisə aparan ABŞ rəsmisi II Dünya müharibəsində belə nasistlərin lideri Hitlerin kimyəvi silahlardan istifadə etmədiyini bildirib.

Lakin jurnalistlərdən biri almanların soyqırım zamanı qazdan istifadə etdiyini Spayserə xatırladıb.

Departament rəsmisi də jurnalistə belə cavab verib: “Əsəd kimi öz xalqına qarşı kimyəvi silahları istifadə etməyib. Onları soyqırım mərkəzlərinə göndərirdi”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26