Interposta.Info

Türkiyə ABŞ-ın yolu ilə getməklə... -

Dünya
 10-04-2017, 07:26     446

Türkiyənin ABŞ-ın yolu ilə getməklə Yaxın Şərqdəki məqsədlərinə çatması olduqca çətindir.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının Müdafiə və Təhlükəsizlik Komitəsinin rəhbər müavini Frants Klintseviç Feysbuk səhifəsində yazıb.

“Tarixdə bir neçə dəfə rastlandığı kimi, ABŞ közü başqasının əli ilə tutmağa öyrəşib. Lakin iş tortu paylaşmağa gələndə sadəcə öz mənafeyini nəzərə alar. Bu gün Əsədin dəyişdirilməsi mövzusunu gündəmə gətirmək, sadəcə, terroçulara qarşı mübarizə aparan tək qüvvənin məhvi üçün atılan addımdır”, - Rusiya rəsmisi bildirib.

Qeyd edək ki, Türkiyə ABŞ-ın Suriya rejiminə bağlı hərbi aerodromu bombalamasını dəstəkləyib və Rusiyaya Bəşər Əsədə dəstəyi dayandırması üçün çağırış edib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26