Interposta.Info

"Putin Atatürk kimi davrandı,

Dünya
 31-03-2017, 19:39     2 412

Rusiya Prezidenti Vladimir Putin Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk kimi davranır.

Axar.az xəbər verir ki, bu açıqlama ilə "Amerikan Kosnerveytiv" jurnalının əməkdaşı Patrik Bukanan çıxış edib.

Bukanan Putini 21-ci əsrin Atatürkü adlandırıb:

"Rusiya prezidenti dövrümüzün ən mühüm dövlət rəsmisidir. Putin 1999-2000-ci illərin qış aylarında hakimiyyətə gəldiyi zaman onun ölkəsi müdafiəsiz bir vəziyyətdə idi. Ölkə iflas etmişdi. Rusiyanı keçmiş rəqibləri ABŞ və yeni kleptokratik elita parça-parça etmişdi. Putin isə bu vəziyyəti dəyişdirdi. XXI əsrdə Putin Atatürkün 1920-ci illərdə Türkiyədə gördüyü işləri reallaşdırdı. Putin ABŞ-ın itaətkar rolunu rədd etdi. O, ölkəsini xilas etdi".

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26