Interposta.Info

Direktorun rüsvayçı hərəkətləri - Oğlanları otağına çağırıb, qapını bağlayırdı…

Dünya
 30-03-2017, 12:47     388

Türkiyənin dörd bir yanından gələn uşaq istismarı xəbərlərinə bir yenisi daha əlavə olundu. Amma bu dəfə vəziyyət o qədər dəhşətlidir ki …

Dəhşətli hadisəni ortaya çıxaran və hüquqi prosesə daxil olmasını təmin edən müəllim - Səadət Ayşe Gerb məsələni bütün Türkiyəyə çatdırıb.

Səadət müəllim çox sevdiyi müəllimlik peşəsini icra etmək üçün İzmirdə bir ibtidai məktəbə təyin edilir. Normal avtobus yolunun belə olmadığı bu kəndə yerləşən müəllim qısa müddətdə uşaqlarla yaxın təmas qura bilir.

Məktəbin direktorunun 22 ildir eyni yerdə xidmət etdiyini öyrəndikdə "Nə gözəl, o da mənim kimi idealist biridir" desə də, zamanla uşaqların məktəb direktoru qarşısında ürkək davranışını görüncə bir şeylərin tərs getdiyindən şübhələnməyə başlayır. O vaxtdan sonra məktəb müdirinə diqqət kəsilən Səadət müəllim, direktorun şübhəli hərəkətlərinin artaraq davam etdiyini görür.

Direktorun uşaqları otağına aparıb, qapını arxadan bağladığnı görəndə bu sirri çözməyə qərar verir və gizlincə onun otağının qapı kilidini xarab edir. Sonra isə qələm almaq bəhanəsi ilə içəri girən müəllim, uşaqları direktorun masasının altında gizlənmiş vəziyyətdə görür. Bunun nə olduğunu soruşduqda isə "bu bir qıdıqlama oyunudur" cavabını alır.

Səadət müəllimə uşaqların psixologiyasını daha çox pozmadan ağızlarından söz almaq üçün uşaqlara direktorun onlara necə münasibət bəslədiyini soruşur. Aldığı cavablar qan dondurucudur.

İstismarçı direktorun daha çox kasıb və gücsüz ailələrin uşaqlarını seçdiyi ortaya çıxır. İstismara məruz qalan uşaqlardan birinin anası, Səadət müəllimin qarşısında göz yaşlarını axıdaraq, özünün də bir vaxtlar o direktorun şagirdlərindən biri olduğunu deyir.

Uşaqlardan birinin atası isə "Mən uşağımı qorumadım" deyərək intihara cəhd göstərir.

Səadət müəllimə, uşaqların danışdıqlarını polisə və həkimlərə çatdırır və hüquqi proses başlayır. Yerli təhsil idarəsi “kaş bir az əvvəl bilsəydik, direktoru təqaüdə göndərərdik” deyir. Yəni, cəza deyil, təqaüd.

"Oğlan şagirdlərin də üzləşdiyi bir durumdur” deyərək sanki qız şagirdlərin başına gələnlərin normal olduğunu isbatlamağa çalışırlar.

Bütün mücadilələrə rəğmən 22 ildir şagirdləri cinsi və fiziki, mənəvi istismara məruz qoyan təcavüzçü direktor yalnız 1,5 il cəza alaraq canını qurtarır.

Amma Səadet müəllim bununla sakitləşmir. Keçirdiyi avtomobil qəzasına rəğmən ayağa qalxan kimi yenidən mövzunu gündəmə gətirir. Direktorun bütün təhdidlərinə baxmayaraq, uşaqlar yaşadıqlarını izah etməkdən və şikayətdən çəkinmirlər.Moderator.az

1,5 il cəza alan direktor artıq azadlıqdadır. Ötən həftə sərbəst buraxılıb.

interposta.info
Direktorun rüsvayçı hərəkətləri  - Oğlanları otağına çağırıb, qapını bağlayırdı…

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26