Interposta.Info

Hillari Klintonun da Rusiya ilə əlaqələri ortaya çıxdı

Dünya
 29-03-2017, 12:16     418

Keçmiş dövlət katibi ABŞ-ın uran ehtiyatlarının 20%-nin Rusiyaya satışına icazə veribmiş...

ABŞ Konqresində Donald Trampın qələbəsində “Rusiya izi”nin araşdırılması ilə bağlı müzakirələr təxirə salınıb.

Konqresin Nümayəndələr palatası dinləmələrdə iştirak etməli olan xüsusi xidmət orqanlarının rəhbərlərinin gələ bilməməsi səbəbindən baş tutmayıb.

Əvəzində ABŞ prezidenti Donlad Tramp yeni bir qalmaqallı tvitə imza atıb.

Tramp Konqres üzvlərini Hillari Kliintonun və Demokrat partiyasının bir sıra üzvlərinin Rusiya ilə əlaqələrini incələməyə çağırıb.
Hillari Klintonun da Rusiya ilə əlaqələri ortaya çıxdı


“Komitə nə üçün Bill və Hillarinin Rusiyaya uran ötürülməsinə şərait yaradan müqaviləyə imza atılmasını, Billin çıxışlarının ruslar tərəfindən ödənilməsini, Hillarinin vaxtilə Rusiyaya yönəlik təriflərini, Podestanın (Hillari Klintonun seçki qərargahının rəhbəri-red.) Rusiyadakı şirkətini araşdırmır? “Rusiya və Tramp hekayəsi” uydurmadan başqa bir şey deyil”, - Tramp tvitində yazıb.

ABŞ mətbuatı Trampın Hillari Klintonla bağlı sadaladığı epizodları araşdırıb.

“The New York Times” qəzetinin yazdığına görə, söhbət ilk növbədə Hillari Klintonun dövlət katibi olduğu zaman ABŞ-ın Uranium One şirkətinin Rusiyanın dövlətə məxsus “Rosatom” şirkətinə satılmasına razılıq verməsindən gedir. Şirkətin keçmiş sahibləri sonradan Hillari Klintonun seçki kampaniyasına səxavətlə külli miqdarda pul köçürüblər. Saziş özü isə Kreml üçün göydəndüşmə olub. Belə ki, Rusiya bu müqavilə sayəsində ABŞ-ın uran ehtiyatlarının 20%-nə sahib olub.
Hillari Klintonun da Rusiya ilə əlaqələri ortaya çıxdı


Bundan başqa, Hillari Klinton Uranium One şirkətindən aldığı ianələr barəsində öz rəhbərliyini, xüsusilə prezident Barak Obamanı məlumatlandırmayıb.

Hillari Klintonun əri, ABŞ-ın keçmiş prezidenti Bill Klintonun isə “Renessans kapital” bankından 500 min dollar pul aldığı ortaya çıxıb.

Qəzetin yazdığına görə, bu bank Kremllə sıx əlaqlərə malikdir. Belə ki, bank Rusiyanın milyarderlərindən, Putinə yaxın isimlərdən sayılan Mixail Proxorova məxsus “Oneksim” sərmayə qrupuna məxsusdur.

ABŞ mətbuatı Hillari Klintonun dövlət katibi vəzifəsindən istefa verdikdən sonra Moskvaya gəldiyini, həmçinin prezident Vladimir Putinlə də görüşdüyünü yazır. Deyilənə görə, Klinton həmin görüşdə Putinə “sən” deyə xitab edirmiş ki, bu da Putinin çox az insana verdiyi bir imkandır.

ABŞ mətbuatında “Putin Klintona əvvəldən nifrət edirmiş” deyiminə rəğmən, tam əksinə Rusiya prezidenti keçmiş dövlət katibini hətta təbiəti qorumaqla bağlı xüsusi ekspedisiyaya da dəvət edibmiş. Bu dəvət də Klintonun oğurlanan şəxsi internet yazışmaları zamanı məlum olub.

Hillari Klintonun da Rusiya ilə əlaqələri ortaya çıxdı

Mətbuat Hillari Klintonun seçki qərargahının rəhbəri Con Podestanın da Rusiya şirkətləri ilə əlaqələri barədə yazıb. Beəl ki, WikiLeaks portalı Con Podestanın da vaxtilə Rusiyanın dövlətə aid “Sberbank”ın maraqlarının lobbiçiliyi ilə məşğul olduğunu göstərib.

Rusiyanın özündə isə bu cür məlumatlara sevinməyin erkən olduğunu düşünənlər var.

Rusiya eksperti İvan Kurilla ölkə mətbuatına verdiyi rəydə Trampın sözlərində əslində Hillari Klintona qarşı hər hansı ittihamı deyil, ABŞ-da Rusiya faktorunun nə dərəcədə eybəcər hal almasını görmək lazım olduğunu bildirib.

“Artıq Tramp da Rusiyanı “bəla” olaraq tanınması ilə razılaşıb. Əvvəllər isə bir tərəf Rusiyanı düşmən kimi görür və onunla hər cür əlaqəni kəsməyə çağırırdısa, digər tərəf tam əksinə, bunun əleyhinə çıxış edirdi. İndi belə çıxır ki, hər iki tərəf Rusiyanı düşmən olaraq qəbul edir. Özümüzü bununla təbrik edə bilərik”, - ekspert qeyd edib./Musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26