Interposta.Info

Tiflisdən separatçılara viza təklifi -

Dünya
 28-03-2017, 16:45     529

Bu ilin 2 fevralında Avropa Parlamentinin Brüsseldə keçirdiyi iclasda qəbul olunmuş qərara əsasən, artıq Gürcüstan vətəndaşları 28 martdan etibarən Avropaya vizasız gedib-gəlmək hüququ əldə edib. Elə bu gün Gürcüstanın baş naziri Georgi Kvirikaşvili Tiflis aeroportundan Afinaya vizasız uçuş edən ilk gürcü məmur kimi tarixə düşüb.

Gürcüstanın Xarici İşlər Nazirliyi viza rejiminin ləğv olunması ilə əlaqədar ölkə vətəndaşlarına əməl etməli olduqları qaydalarla bağlı müraciət edib. Onların nəzərinə çatdırılıb ki, səfər etmək istəyən vətəndaşlar Gürcüstanın nəzarət-buraxılış məntəqələrində olduğu kimi, Avropada da sərhədçilərin və nəzarətçilərin bir sıra suallarına cavab verməlidirlər. Bu xüsusda gürcü vətəndaşlar səfərin məqsədi, aviabileti mövcudluğu, mehmanxana tutulması, sığorta haqqında sənəd, üzərindəki pulun məbləği barədə məlumat verməlidirlər.

Gürcüstan XİN xəbərdarlıq edib ki, vizasız rejimin qaydalarını pozanlar təkcə Avropa ölkələrindən Gürcüstana deportasiya olunmayacaq, belələri 3 min avro cərimələnəcək. Həmçinin nəzərə çatdırılıb ki, bu kimi qayda pozucuları 5 il ərzində Avropa ölkələrinə səfər etmək hüququnu itirəcəklər.

Rəsmi Tiflis bunun ardınca Rusiyanın işğalı altında olan ərazilərdə, Abxaziya və Cənubi Osetiyada yaşayan vətəndaşlarına da maraqlı müraciət edib. Musavat.com-un xarici mətbuata istinadən yaydığı məlumata görə, Gürcüstan XİN-i separatçı reajimlərin tabeşliyində yaşayan ölkə vətəndaşlarının da Avropaya vizasız gedib-gəmək şansının olduğunu xatırladıb. Bildirilir ki, Abxaziya və Cənubi Osetiyada yaşayanların Gürcüstan biometrik pasportu olarsa, onlar da Avropaya problemsiz gedə biləcəklər. Bununla da Tiflis separatçı bölgələrdə yaşayan vətəndaşlarını seçim qarşısında qoyub. Yeri gəlmişkən, buna qədər Gürcüstan hakimiyyəti separatçı respublikalarda yaşayan əhalinin bir sıra güzəştlərdən istifadəsinə imkan yaradıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26