Interposta.Info

Gürcü deputat: “Azərbaycan Gürcüstanı problemsiz olaraq təbii qazla təmin edir”

İqtisadiyyat
 18-12-2017, 18:02     10 415

“Azərbaycan Gürcüstanı problemsiz olaraq təbii qazla təmin edir”.

APA-nın yerli bürosunun məlumatına əsasən, bunu Gürcüstan parlamentinin Ətraf mühitin mühafizəsi və təbii sərvətlər üzrə komitəsi sədrinin birinci müavini Zaza Xutsişvili Tbilisidə keçirilən GUAM PA-nın 10-cu sessiyasında deyib.

O bildirib ki, Azərbaycan Gürcüstanın dostu və etibarlı tərəfdaşıdır: “Gürcüstanda istehlak olunan təbii qazın böyük hissəsini Azərbaycan təmin edir. Qış aylarında təbii qaza tələbat artdığından Gürcüstan hökuməti yeraltı qaz anbarının inşası barədə qərar qəbul edib. Anbarın tikintisindən sonra Gürcüstanın təbii qazla təminatı ilə bağlı problemi olmayacaq”.

Z. Xutsişvili SOCAR şirkətinin Gürcüstanın region və kəndlərinin təbii qazla təminatında oynadığı rolu yüksək qiymətləndirib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26