Interposta.Info

Lukaşenkodan erməni səfirə:

Dünya
 28-03-2017, 16:37     758

Minsk nə Azərbaycan, nə də ki, Ermənistanla münasibətlərini pozmaq istəyir.

Axar.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Ermənistanın Minskdəki səfiri Armen Xaçatryanla görüşü zamanı söyləyib.

“Lapşini yada salın. Bura Ermənistanın nə aidiyyəti var? Bəli, Ermənistan mənə Lapşin haqqında heç vaxt heç nə deməyib. Yalnız Azərbaycan tərəfindən onun haqqında axtarış elan olunmuşdu. Onu burada tutanda mən düşündüm ki, görəsən, niyə onu həbs ediblər? Açığını desəm, bunun ucbatından başımız ağrıyıb. Lakin biz onu tutduq. İnterpol hər şeyi bilirdi. Biz onlara qanuna əməl edənlər kimi xəbər verdik. Biz onu kimə verməliydik? O, axtarış edilən tərəfə təhvil verilməli idi. Üstəlik, mən birinci dəfə sizə açıq deyirəm ki, ona heç kim yiyə durmaq istəmirdi. Bundan sonra artıq bu kartları oynamağa başladılar. O, üç ölkənin vətəndaşı idi və bunlardan heç biri ona iddia etmirdi”, – prezident bildirib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26