Interposta.Info

ABŞ-ın "ilanı Seyid Əhməd əli ilə tutmaq" planı

Dünya
 25-03-2017, 11:09     610

Suriyada yaxın vaxtlarda ləng müharibə variantı ilə rastlaşacağıq.

Bu barədə Sputnik.az-a hərbi politoloq, Plexanov adına Rusiya İqtisad Universitetinin Politologiya və sosiologiya kafedrasının dosenti Aleksandr Perenciyev bildirib. Onun sözlərinə görə, Suriyada terrorçular güman ki, öz taktikalarını dəyişəcəklər və Suriya hökumətinin nəzarətində olan ərazilərdə terror aktlarının həyata keçirilməsinə üstünlük verəcəklər:

"Yəni artıq silahlılar hərbi fəaliyyətdən terror fəaliyyətinə keçəcəklər. Bu məsələdə həlledici rolda İŞİD və Nüsrə Cəbhəsi" olacaq”.

Hərbi analitik qeyd edib ki, Suriyanın Rakka şəhəri rayonunda vəziyyətin gərginləşəcəyini gözləmək olar, lakin bu şəhərin tamamilə azad olunacağından danışmaq hələ tezdir. Politoloq xatırladıb ki, amerikalılar həmişə bu şəhərin azad olunmasını planlaşdırırlar, lakin nəyə görəsə bunu başqalarının, məsələn, türklər və kürdlərin əli ilə etməyə ümid edirlər. Hələlik onlar buna nail ola bilmirlər.

Perenciyev eyni proseslərin Mosul ətrafında da baş verdiyini bildirib: “Ümumiyyətlə, Suriya məsələsində hər hansı irəliləyişlərin olacağını gözləmək lazım deyil. Mübarizə indidən sonra yalnız şiddətlənəcək. Eyni proseslər Mosul ətrafında da baş verir.

Lakin indi terrorçu qrupların müqaviməti nəinki artacaq, həm də Suriya qoşunlarının nəzarəti altında olan əraziyə keçəcək. Söhbət təxribat-terror xarakterli hərəkətlərdən gedir. İndi arxa cəbhədə asayişə nəzarət etmək lazım gələcək. Terrorçular isə kölgəyə çəkilməyə üstünlük verəcəklər, bu isə təbii olaraq vəziyyəti mürəkkəbləşdirəcək".

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26