Interposta.Info

Qarabağ canisi 2 aylıq həbs edildi - məhkəmə qərar verdi

Dünya
 25-03-2017, 07:38     639

Məhkəmə martın 22-də milli təhlükəsizlik xidməti tərəfindən silah qaçaqmalçılığında şübhəli bilinərək həbs edilmiş Qarabağ separatçısı Samvel Babayanla bağlı qərar çıxarıb.

Musavat.com bununla bağlı erməni mətbuatına istinadən xəbər verir. İrəvan administrasiyasının ümumi yurisdiksiyasında olan Mərkəzi və Nork-Maraş rayonlarının məhkəməsi S.Babayan barədə 2 aylıq həbs-qətimkan tədbirini elan edib.

Babayanın vəkili Avetis Kalaşyan deyib ki, hələlik o, müvəkkilinin hansı maddə və ya maddələrlə ittiham olunmasını dəqiqləşdirməyib, çünki ittihamı əsassız sayır.

Qeyd edək ki, Dağlıq Qarabağdakı rejimin “müdafiə naziri”olaraq Azərbaycana qarşı ağır cinayətlər işlətmiş S.Babayan “İqla” zenit-raket komplekslərinin gətirilməsində ittiham edilir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26