Interposta.Info

Semnebidən Bakıya şad xəbər:

Dünya
 16-03-2017, 18:56     545

Niderlanddakı seçkilər və demokratik qüvvələrin qələbəsi Avropadakı populist və sağ radikal partiyalara ağır zərbə vurdu.

interposta.info xəbər verir ki, bunu "Haqqin.az” saytına açıqlamasında Avropa Birliyinin Cənubi Qafqaz üzrə keçmiş təmsilçisi Piter Semnebi söyləyib. Onun fikrincə, Qərbdəki demokratik qüvvələr özlərinin məğlubiyyətsizliyinə uzun müddət əmin olmaları ucbatında ABŞ-da məğlub oldular və Breksit yaşandı:

"Ümid edirəm ki, Niderlanddakı seçkilərdən sonra liberal qüvvələr yenidən səfərbər olacaqlar. Onlar Fransadakı seçkilərə yaxşı hazırlaşacaqlar”.

Semnebi həmçinin AB və Azərbaycan arasında strateji razılaşmaya hazırlığı yüksək dəyərləndirib:

"Azərbaycan ilk ölkələrdən biri idi ki, AB ilə vizasız rejim haqqında danışıqlara başlayıb. Bu istiqamətdə sizin ölkə tərəfindən çox işlər görülüb. Ümid edirəm ki, Azərbaycan vətəndaşları, tezliklə, vizasız rejim əldə edəcəklər”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26