Interposta.Info

Trampın çevrəsinin

Dünya
 14-03-2017, 14:31     489

Yeni prezidentin ətrafındakı dairə daralır

ABŞ prezidenti Donald Trampın yaxın çevrəsinin Rusiya ilə əlaqələrinə dair yeni xəbərlər gəlir.

Musavat.com-un xarici mediaya istinadən xəbər verir ki, Trampın müşaviri Rocer Stoun Demokrat partiyasının milli komitəsinin serverini qıran Guccifer 2.0 haker qrupu ilə əlaqədə olduğunu etiraf edib.

Trampla eyni partiyadan olmasına rəğmən onun qatı əleyhdarı sayılan senator Con Makkeyn prezidentin yaxın ətrafı ilə bağlı yeni xəbərlərin gələcəyinin də anonsunu verib.

Image result for con makkeyn

"Gözləyin, bu cırılan sonuncu çəkmə deyil”, - Makkeyn jurnalistlərə səslənib.

"Trampın müşaviri tvitterdə ruslarla əlaqəli olan şəxslə təmasda olub”, -The New York Times qəzeti yazır.

Məqalənin müəllifləri Metyu Rozenberq və Meggi Habermanın yazdığına görə, "Bu Trampla yaxın əlaqədə olan şəxsin Guccifer 2.0 –la bağlantısını etiraf etdiyi ilk faktdır”.

Lakin Stoun bu təmasın olduqca qısa olduğunu və yalnız Demokrat partiyasının komitəsinin serverinin qırılmasından sonra gerçəkləşdirildiyini vurğulayıb. "Hətta həmin adam rus agenti olsa belə, mənim onunla ani dialoqum Demokratların milli komitəsinin sənədlərinin yayılmasından sonra baş tutub. Onlarla yalnız bircə dəfə söhbət aparmışam”, - deyə Stoun bildirib.

Image result for Stiven Bennon

Stounun söylədiyinə görə, dialoq Ağ Evin baş strateqi Stiven Bennona aid Breitbart News-da haker hücumu barədə xəbər çıxdıqdan sonra olub.

Qəzet Stounun ABŞ xüsusi xidmət orqanlarının Rusiya ilə bağlantılarda şübhələnərək izlədiyi şəxslərdən biri olduğuna diqqət çəkib.

"Hələ avqust ayında Stoun Hillari Klintonun seçkii kampaniyasının rəhbəri Con Podestanın ifşa olunacağını yazmışdı. Cəmi bir neçə həftə sonra isə Wikileaks Podestanın sənədlərini dərc etməyə başladı. Bu sənədlərin ortaya çıxması isə Hillari Klintonun seçki kampaniyasına ağır zərbə vurdu”, - "Nyu-York Times” yazır.

Stounun özü isə olanları "ifritə ovu və makkartizmin ən pis forması adlandırıb. "Deyəsən, kim Suriyadan ötrü Rusiya ilə nüvə müharibəsini istəmirsə xain elan olunacaq”, - Stoun deyib.

The Washington Times qəzeti Makkeynin yuxarıda göstərilən sözlərinə diqqət çəkib.

Qəzetin yazdığına görə, Makkeyn bazar günü CNN-ə verdiyi müsahibədə Konqresi Trampa yaxın olan şəxsləri dinləmələrə dəvət etməyə çağırıb. Senator Makkeyn hakerlərlə təmasa keçdiyini etiraf edən Rocer Stounun Konqresdə cavab verməli olduğunu söyləyib.

"Rusiya lə bağlı ortaya çıxan bəzi məsələlər məni olduqca narahat edir. Rusiya və Vladimir Putinlə bütün bu münasibətlərin bir çox aspekti daha diqqətli araşdırılmalıdır. Şəxsən hesab edirəm ki, bu qırxayaqdan hələ çox çəkmələr yırtılıb töküləcək”, - Makkeyn müsahibəsində qeyd edib./musavat.com

 

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26