Interposta.Info

Türk nazir Şengen

Dünya
 13-03-2017, 08:42     606

Türk nazir Şengen
Türkiyənin Ailə və Sosial Siyasət naziri Fatma Qaya Hollandiyanın "arzuolunmaz şəxs" qərarına görə, "Şengen" razılaşmasına daxil olan digər AB dövlətlərinə də gedə bilməyəcək.

Axar.az xəbər verir ki, Qaya bir daha Hollandiyaya gələrsə, 6 ay müddətinə həbs cəzası veriləcək və yenidən Türkiyəyə deportasiya ediləcək.

Qeyd edək ki, "arzuolunmaz şəxs" qərarı bu günə qədər adətən hüquqi olaraq ölkədə yaşamaq haqqı olmayan və təhlükəli əcnəbi cinayətkarlar üçün tətbiq edilirdi.

Hollandiya Təhlükəsizlik və Ədliyyə Nazirliyinin bu qərarı ləğv etmə hüququ var. Həmçinin Fatma Qaya haqqında verilən qərara etiraz edə bilər.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26