Interposta.Info

Daha bir ölkə AB-dən çıxmağa hazırlaşır

Dünya
 4-03-2017, 11:08     476

Daha bir ölkə AB-dən çıxmağa hazırlaşır

Niderland Avropa Birliyindən çıxmaq istəyir.

Axar.az xəbər verir ki, bu nəticə Britaniyanın “Bruges Qrup” tədqiqat mərkəzinin keçirdiyi sorğudan sonra əldə olunub.

Sorğuya əsasən, hollandların yalnız 39%-i AB-də qalmaq istədiyini bildirib. 23% şəxs isə AB-dən çıxmağa hazır olduğunu söyləyib. Hollandların 27%-i AB-dən çıxmağı yalnız azad ticarət haqqında müqavilə imzalandıqdan sonra dəstəkləyəcəyini qeyd edib. 11% isə məsələ ilə bağlı mövqeyini müəyyənləşdirə bilməyib. Bununla da mərkəz ümumilikdə (bitərəflərin səsləri də bölüşdürüldükdə - red.) 56% hollandın AB-dən çıxmağa hazır olduğu qənaətinə gəlib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26