Interposta.Info

Ermənilərin 2 gündə verdiyi ağır itkilər -

Dünya
 2-03-2017, 19:07     2 041

Ermənilərin 2 gündə verdiyi ağır itkilər -

"Cəbhədəki vəziyyət gərginliyə doğru gedir. İstənilən an xoşa gəlməz hadisələr baş verə bilər. Bu səbəbdən də son dərəcə ehtiyatlı və diqqətli olmalıyıq”.

Bunu BakiPost.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib.

O bildirib ki, düşmən havadarları vasitəsi ilə istənilən təxribatların miqyasını və sayını artıra bilər: "Sözsüz ki, Azərbaycan Silahlı Qüvvələri bütövlükdə vəziyyət nəzarət edir. Amma buna baxmayaraq təxribatların miqyası və sayı arta bilər.

Ümumiyyətlə, görünən odur ki, düşmən ağıllanmaq istəmir. Zərbə aldıqca bir az daha sanki erməni əsgərlərini "ət maşın”ına buraxırlar. Çünki fevralın 24-dən 25-nə keçən gecə baş verən məlum hadisələrdən və ötən ilki aprel döyüşlərindən sonra gözləmək olardı ki, Ermənistan doğru və düzgün nəticə çıxardacaq. Amma görünən odur ki, onların heç bir nəticə çıxarmaq fikriləri yoxdur. Əksinə vəziyyəti bir qədər də gərginləşdirmək üçün addımlar atırlar”.

Üzeyir Cəfərov hesab edir ki, yaxın günlərdə vəziyyət bir qədər də mürəkkəbliyə doğru gedəcək: "Çünki Serj Sarkisyan Moskvada Putinlə görüş keçirəcək. Ümumilikdə isə seçkilər öncəsi cəbhədəki vəziyyətin gərgin olması onlara daha çox sərf edir. Eyni zamanda beynəlxalq qurumların da marağındadır ki, vəziyyət bir qədər gərgin olsun, qan tökülsün. Ondan sonra guya onlar hansısa aktiv hərəkətə keçəcəklər”.

Məlumat üçün bildirək ki, Azərbaycan Silhalı Qüvvələri dünən və bu gün Ermənistan ordusuna sarsıdıcı zərbələr vurub. Müdafiə Nazirliyinin yaydığı məlumata görə, martın 1-i axşam saatlarında işğal altında olan Xocavənd rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin mühəndis-istehkam baxımından hazırlanmış və atəş vasitələri ilə gücləndirilmiş dayaq məntəqələrinin qərargahına qoşunlarımız tərəfindən atəşlə cavab zərbəsi endirilib. Qərargah qarşısındakı hərbi nəqliyyat vasitələri və şəxsi heyət məhv edilib. Martın 2-nə keçən gecə isə cəbhənin Ağdərə-Tərtər istiqamətində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu növbəti dəfə təxribat törətmək məqsədilə mövqelərimizə basqın etməyə cəhd göstərib.

Dərhal görülən tədbirlər nəticəsində düşmənin canlı qüvvəsi məhv edilib və o, geri çəkilməyə məcbur olub.

Bu gün Ermənistan silahlı qüvvələrinə məxsus hərbi-nəqliyyat vasitəsi dəqiq atəşlə məhv edilib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26