Interposta.Info

Fahişələr“Maydan”a toplaşacaq-

Dünya
 28-02-2017, 14:49     501

Fahişələr“Maydan”a toplaşacaq-

Kiyev “Maydan”ında seks işçilərinin mitinqi keçiriləcək.

Cebhe.info xarici mətbuata istinadən bildirir ki, onlar fahişəliyə görə cərimələrin tətbiqinə etiraz edəcəklər

Martın 3-də keçiriləcək aksiyanın iştirakçıları Ali Rada, Azadlıq meydanı, Nazirlər Kabineti və Prezident Admistrasiyası qarşısında da toplaşacaqlar.

“Cərimələrin ləğvi fahişəliyi leqallaşdırmaq üçün ilk addımdır. Fahişəlik də başqa işlər kimi bir işdir. Avropa ölkələrinin bir çoxunda fahişəlik leqallaşdırılıb”- deyə aksiya təşkilatçıları bildirib.

Aksiyaçılar əsasən İnzibati Xətalar Məcəlləsindən fahişəliyə görə cərimələrin tətbiqi bəndinin cıxarılmasını istəyir. Aksiyaçılar belə hesab edir ki, indiki halda fahişələr şantaj qorxusu və polisin təhdidi altında fəaliyət göstərir.
Xatırladaq ki, 2016-cı ilin mayında Qazaxıstan fahişələri prezident Nazarbayevə müraciət edərək neftin qiymətindəki azalmanın seks biznesinə mənfi təsirini vurğulamışdılar. Müştərilərin azaldığından şikayətlənən həyat qadınları həmçinin digər ölkələrdən olan rəqiblərin qarşısında mövqelərini itirdiklərini də bildirmişdilər.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26