Interposta.Info

Türkiyədə azərbaycanlı fahişələr həbs olundu –

Ölkə
 5-11-2017, 22:47     8 083

Antalya Polis İdarəsinin Əxlaq Şöbəsi şəhərdə əməliyyat keçirib. "Qaynarinfo" xəbər verir ki, əməliyyat əcnəbi vətəndaşların fahişəliyə məcbur edilməsi barədə məlumat daxil olandan sonra başlayıb.

İstintaq qurupu cinayətkarların xaricdən gətirdikləri qadınlara fahişəlik etdirdiyini müəyyənləşdirib və şəhərin Konyaaltı qəsəbəsindəki bir villaya basqın edib.

Əməliyyat zamanı 6 qadın və onları faşihəliyə məcbur edən O.K. ad soyadlı Türkiyə vətəndaşı saxlanılıb. Saxlanılan qadınlardan 3-ü Ukrayna, qalan 3-ü isə Azərbaycan, Gürcüstan və Qırğızıstan vətəndaşlarıdır. Ukraynalılardan ikisinin bacı olduğu bildirilir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26