Interposta.Info

Rusiya türk əsgərlərini qəsdən vurdu -

Dünya
 12-02-2017, 07:18     933

Rusiya türk əsgərlərini qəsdən vurdu -

Bir neçə gün öncə Rusiya qırıcılarının Əl Babda türk hərbçilərini hədəf alması ilə bağlı şok iddia yayılıb.

Axar.az xəbər verir ki, “Yeni Şəfəq” qəzetinə məlumat verən hərbi mənbə Rusiyanın 3 türk əsgərinin ölümü ilə nəticələnən həmin olayı qəsdən törətdiyini bildirib.

İddiaya görə, həmin gün Rusiya tərəfi koordinasiya kanallarını açıq saxlamayıb:

“Koordinasiyanın bir tərəfi bizim, digər isə onların (rusların) əlindədir. Əgər sizə lazım deyilsə, koordinasiya kanalını bağlı saxlayarsınız. Kimsə orada uçub-uçmadığınızı bilməz. Bu kanal işə yarayanda açılır”.

Qeyd edək ki, həmin olayla bağlı Rusiya lideri Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutmuşdu.

Kreml rəhbəri baş verən hadisədən dərin kədərləndiyini bildirərək, üzrxahlıq etmişdi.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26