Interposta.Info

İŞİD-in Türkiyə parlamentinə hücum hazırlığı üzə çıxdı -

Dünya
 8-02-2017, 21:09     654

İŞİD-in Türkiyə parlamentinə hücum hazırlığı üzə çıxdı -

İŞİD-in Türkiyə Böyük Millət Məclisinə (TBMM) hücum hazırlığı gördüyü və bununla bağlı bir nəfərin məclis binasının parkında kəşfiyyat işləri apardığı məlum olub.

İstanbul Baş Prokurorluğu İŞİD haqqında yeni bir ittihamnamə hazırlayıb.

İstanbuldakı əməliyyatda həbs olunan 28 şübhəlidən biri olan və bu ittiham aktı çərçivəsində barəsində cinayət işi açılan Səlim S.-nin məclis parkındakı fotoları ortaya çıxıb.

Polis şübhəli Səlim S.-nin ötən ilin 12 oktyabrında Ankaraya getdiyini və tanınmamaq üçün də saqqalını qırxdığını üzə çıxarıb.

Prokurorluq TBMM-ə hücum barədə əmri Suriyadakı Əbu Darda əl-Turku və kod adı "Həmzə" olan İŞİD əmrlərinin verdiyini müəyyənləşdirib./axar.az

interposta.info

İŞİD-in Türkiyə parlamentinə hücum hazırlığı üzə çıxdı -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26