Interposta.Info

Çin möhtəşəm türk tarixini gizlədir:

Dünya
 6-02-2017, 10:08     769

Çin möhtəşəm türk tarixini gizlədir:
Çində gizlədilən türk piramidaları əslində kurqanlardır. Çin Xalq Cümhuriyyəti kurqanların araşdırılmasını qadağan edib. “Ağ piramida” (və ya Türk piramidası) adlandırılan kurqanın Misirdəki bütün piramidalardan hündür olduğu təxmin edilir.

Bu gün Çin hakimiyyətindəki Şərqi Türkistan sərhədləri daxilində, Xian şəhərindən 100 km məsafədə, dağların ətrafında yerləşən irili-xırdalı 100 ədəd piramida ilə yanaşı, 300 metr hündürlüyündə “Ağ piramida” adlandırılan nəhəng tikinti var.

Bəzi iddialara görə, bu piramidaların mövcudluğu Qərb elm adamlarına öncədən də məlum olub. “Elm xəbərləri”(“Science News”) qəzeti II Dünya müharibəsi illərində piramidalar haqda belə bir yazı yayımlayıb:

“Bölgədəki piramidalar palçıq və torpaqdan hazırlanıb. Misir piramidalarından çox kurqanlara bənzəyir və bölgə hələ kəşf edilməyib”.

Bölgədəki amerikalı alimlər Ağ piramidanın 300 metr hündürlükdə olduğunu bildirirlər ki, bu, Misir piramidalarından iki dəfə ucadır.

Bir nəzəriyyəyə görə, Mu qitəsinin mövcudluğu zamanı qitədə çox təkmilləşmiş bir mədəniyyət hökm sürüb. Bu mədəniyyət qitənin yox olması ilə Cənubi Amerika və Asiyaya yayılan mədəniyyətin bir-birinə bənzəyən texnikadan istifadə ilə tikintilərdə davam edib.

Maya piramidaları, İnk piramidası, Astek piramidaları (Asteklər Mərkəzi Amerikada böyük imperiya və sivilizasiya yaradan xalqdır) və Zikkuratların da bir-birlərinə oxşayan üsul ilə tikilməsi bu nəzəriyyəni gücləndirir.

Misir piramidalarının Çindəki türk piramidalarının görüntülərindən yararlanaraq hazırlandığı, həmçinin mumiyalamanın da qədim türklərə aid olduğu türkiyəli alim Kazım Mirşan tərəfindən sübuta yetirilib.
Çin mətnlərinə görə, türklər e.ə. 5000–1500-cü illərdə Orta Asiyada mədəniyyətlərinin ən parlaq dönəmində olub. Piramidaları da bu illər arasında bölgədə yaşayan uyğurlar tikib.

Türk alim Kazım Mirşan bu günə qədər çözülməyən 184 ədəd Misir heroqlifini qədim türk dilində oxuyub. Oxuduğu mətndə mumiyalama texnikasının e.ə. 3000-ci illərdə Altaylardan gəldiyi ortaya çıxıb.
Yaxın dövrdə piramidaların içinə girməyi və fotosunu çəkməyi bacaran tək insan olan Oktan Kələşin açıqlamaları tarixə yeni bir ölçü gətirə bilər. Oktan Kələşin araşdırmasına görə, təxminən 5 min illik tarixi olan piramidaların inşa və mumiyalama işləri Misirdəkindən daha yüksək səviyyədədir.
Oktan Kələş piramidaları ziyarət etdiyi zaman türk tarixinin başdan-ayağa dəyişə biləcəyini deyib. Yaşlı bir çinli rəhbər ilə piramidara gizlicə girən Oktan Kələş piramidanın içində türklərə aid simvol, heykəl və lövhələr olduğunu aşkarlayıb. Piramidanın içində 2 metr hündürlüyündə 1 mumiya, üzərində qurd başları və ay-ulduz simvolu var. Həmçinin, 3 metr hündürlüyündə Oğuz Xaqanın (Kağan) surəti mövcuddur./axar.az

Dəqiq olmasa da, Ağ piramidanın türklərin atası Oğuz Xaqana aid olduğu deyilir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26