Interposta.Info

Türk ordusu Afrində tapdı: 4 metr dərinlikdə... -

Dünya
 31-01-2018, 17:26     10 421

Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun Afrində PYD-YPG terrorçularından azad etdiyi kəndlərdən birində yerin 4 metr dərinliyində gizli tunellər şəbəkəsi və sığınacaqlar aşkar edilib.

Bu barədə “CNN Türk” informasiya yayıb.

Geniş tunellər şəbəkəsinin qruplaşmanın ayrı-ayrı bölmələri arasında əlaqəni təmin etmək üçün istifadə edildiyi bildirilib. Qismən təmirli olan sığınacaqlardan birinin terrorçular tərəfindən mərkəzi büro olaraq istifadə edildiyi məlum olub.

Tunel və sığınacaqlardan həmçinin türk və kürd dillərində yazılmış gündəliklər, rəsmi sənədlər və Abdullah Öcalanın şəkilləri tapılıb.

Qeyd edək ki, Afrin istiqamətində gedən döyüşlər zamanı azad edilən bölgələrdə, xüsusən dağlıq ərazidə çoxlu tunellər olduğu üzə çıxıb.

interposta.info

Türk ordusu Afrində tapdı: 4 metr dərinlikdə... -
Türk ordusu Afrində tapdı: 4 metr dərinlikdə... -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26