Interposta.Info

.

Dünya
 4-02-2017, 09:47     654

.

“Şimal xəbərləri” qəzetinin Dağıstan mətbuatından əldə etdiyi məlumata görə, bu bəyanatı Dağıstan Respublikasının Daxili İşlər naziri Abduraşid Maqamedov “Bizim sahə müvəkklili” adlı respublika forumunda verib. O, bildirib ki, indi Suriyada İŞİD sıralarında 1200 nəfər dağıstanlı vuruşur.
interposta.info xəbər verir ki, nazir özgə müharibədə iştirak edənlərin qarşısının alına bilinməməsinə görə təəssüfləndiyini də vurğulayıb. O, sahə müvəkkillərinin və yerli hakimiyyət orqanlarının əhali arasında proflaktik tədbirlərin gücləndirməsinin vacibliyini də qeyd edib.

“Şimal xəbərləri”in Dağıstandakı mənbələrdən əldə etdiyi məlumata əsasən, əslində İŞİD sıralarında döyüşən dağıstanlıların sayı 2-3 dəfə çoxdur. Çünki Rusiyanın müxtəlif şəhərlərindən də Suriyaya gedərək İŞİD-ə qoşulan dağıstanlılar az deyil. Bəyanatda göstərilən 1200 nəfər yalnız aşkara çıxarılan şəxslərin siyahısıdır. Digər tərəfdən, Dağıstanın özündə də bir neçə radikal dini qruplaşma dağ massivlərində və meşələrdə gizlənərək terrorçuluqla məşğuldur. FTXİ və federallar vaxtaşırı antiterror əməliyyatları keçirərək onları zərərsizləşdirməyə çalışsalar da, tamamilə məhv etməyə hələlik nail ola bilməyiblər.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26