Interposta.Info

Türkiyə müharibəyə yaxınlaşır -

Dünya
 2-02-2017, 07:19     936

 Türkiyə müharibəyə yaxınlaşır -

Türkiyə addım-addım müharibəyə yaxınlaşır.

Axar.az xəbər verir ki, bu sözləri türkiyəli general İsmayıl Haqqı Pekin “Aydınlıq” qəzetindəki köşə yazısında qeyd edib.

General bildirib ki, savaş ehtimalı yaranarsa daxildə PKK, xaricdə isə İŞİD Türkiyəyə qarşı istifadə ediləcək:

“Ordumuz həm daxilən, həm də güc olaraq xalqa arxalanmalıdır. Bu mənada xalqın mübarizə əzmi artırılmalıdır və nəticədə bütün dünya bunu bilməlidir. Mübarizə əzmini artırmaq üçün yeni idarəçilik yaradılmalı və tətbiq edilməlidir”.

Haqqı Pekin onu da əlavə edib ki, Türkiyə hakimiyyəti yeni xüsusi təyinatlı qüvvələrin yaradılması məsələsini diqqətdə saxlamalıdır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26