Interposta.Info

İrəvanın Rusiyadan ayrılması intihardır –

Dünya
 26-01-2017, 09:55     573

İrəvanın Rusiyadan ayrılması intihardır –
Ermənistan rusiyayönlü siyasətindən imtina etməklə özünə sui-qəsd etmiş olacaq.

Axar.az xəbər verir ki, bunu Ukraynanın “Apostrof” portalına müsahibəsində rusiyalı məşhur politoloq Liliya Şevçova söyləyib.

“Ermənistanın qəfildən açıq şəkildə səhnəyə çıxıb “biz Moskvadan asılılıq istəmirik” deməsi özünəqəsd olardı. Ermənistan desə ki, öz hərbi bazalarınızı çıxarın, bu, intihar ola bilər. Ermənistan coğrafi tələdədir. O öz yerləşiminin qurbanıdır. Ona görə də Ermənistan, xüsusilə, Bakı ilə qarşıdurma müddətində Rusiyaya güvənməyə məcburdur. Eyni zamanda İrəvan öz həyat qabiliyyətini qoruyub saxlamaq üçün yollar axtaracaq. Buna görə də İrəvan İrana nəzər yetirəcək. Öz növbəsində isə Tehran artıq əsas regional güc statusuna iddia edərək, öz əzələləri və təsirini sınaqdan keçirməyə başlayır”, – deyə o bildirib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26