Jak Şirak
Fransanın keçmiş prezidenti Jak Şirakın Nobel sülh mükafatına namizədliyi irəli sürülüb
Modern.az bildirir ki, “Le Figaro” qəzetinin məlumatına görə, dosye və qoşma məktub yanvarın 23-də Nobel komitəsinə təqdim olunub.
Jak Şirakın “çoxtərəfli sülh yaradılması prosesinə verdiyi töhfəyə görə” yüksək beynəlxalq mükafatı alması üçün namizədliyini onun çoxdankı dostları və siyasi tərəfdaşları təklif ediblər.
Onların arasında Fransa Milli Məclisinin keçmiş sədri Bernar Akuaye, keçmiş baş nazir Jan-Pyer Raffaren, eləcə də Yelisey sarayının keçmiş baş katibi Jak Şirakın kürəkəni Frederik Sala-Baru var.
Məlumata görə, onlarda bu ideya 2016-cı ilin yayında yaranıb. Təşəbbüs qrupu “Jak Şirak, siyasətçi, dialoqa və sülhə sadiq” assosiasiyasını yaradıblar. Ona tanınmış siyasətçi, keçmiş iqtisadiyyat naziri Tyerri Breton rəhbərlik edir.
Şirakın Nobel sülh mükafatı alması üçün namizədliyinin irəli sürülməsi ideyası ilə bağlı petisiyanı artıq əksəriyyəti Respublikaçılar Partiyasından olan 280 deputat dəstəkləyib.
Bundan əlavə, Şirakın mükafatlandırılması tərəfdarı kimi onun çoxdankı dostu, Seneqalın keçmiş prezidenti Abdu Diuf da çıxış edib.
Jak Şirak iki müddətdə - 1995-2002-ci və 2002-2007-ci illərdə illərdə Fransanın prezidenti olub. O, əvvəllər Parisin meri işləyib.
Fransa prezidenti kimi fəaliyyəti başa çatandan sonra Şirak Fransanın Konstitusiya şurasının ömürlük üzvü olub.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26