Interposta.Info

Son dəqiqə: Daha bir məşhurdan bəd xəbər –

Müxtəlif
 17-07-2017, 07:32     1 259

Üç il əvvəl riyaziyyat üzrə dünyanın ən nüfuzlu Fields Medal mükafatına layiq görülən ilk qadın Məryəm Mirzəxani (Maryam Mirzakhani) ABŞ-da vəfat edib.

interposta.info
milli.az-a istinadən bildirir ki, onun 40 yaşı olub. Mərhum 2013-cü ildən sinə xərçəngindən əziyyət çəkirdi. İranda böyüyən xanım Mirzəxani yeniyetmə olarkən Beynəxalq Riyaziyyat Olimpiadasının iki qızıl medalını qazanıb.

O, elmlər doktoru dissertasiyasını ABŞ-ın Harvard Universitetində müdafiə edib və 2008-ci ildən Stanford Universitetində professor işləyib.
Riyaziyyatçı 2014-cü ildə “Riemann səthlərinin həndəsəsi ilə dinamikası və onların məkan modulları nəzəriyyəsinə verdiyi töhfəyə” görə Fields mükafatına layiq görülüb.

ABŞ-da yaşayan alim nüfuzlu mükafata layiq görülmüş ilk qadın və ilk iranlıdır.

Riyaziyyat üzrə Nobel mükafatı verilmir. Buna görə də Fields Medal mükafatı tez-tez “riyaziyyatçıların Nobel mükafatı” adlandırılır.
1936-cı ildə təsis edilmiş mükafat hər dörd ildən bir 40 yaşına çatmamış iki və ya 4 riyaziyyatçıya verilir

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26