Interposta.Info

Yaxın Şərqin nüfuzlu kralı

Dünya
 25-01-2017, 10:56     624

Yaxın Şərqin nüfuzlu kralı

İordaniya kralı II Abdulla bu gün Moskvaya səfər edəcək.

Axar.az xəbər verir ki, o, Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.

Görüş zamanı əsas müzakirə mövzusu terrorizmlə mübarizə, Yaxın Şərqdəki vəziyyət və ikitərəfli əlaqələrin gücləndirilməsi olacaq. II Abdullanın səfəri Putinin dəvəti ilə gerçəkləşir.

Qeyd edək ki, İordaniya Suriya ilə sərhəddir. Rəsmi Əmman Suriyadakı vətəndaş müharibəsindən ən çox əziyyət çəkən ölkələrdən biridir. Hazırda burada Türkiyədən sonra ən çox Suriya miqrantı məskunlaşıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26