Interposta.Info

Bərzaninin kürd dövləti yaratması İraqın ərazi bütövlüyünə ciddi zərbə olacaq —

Dünya
 23-01-2017, 18:06     571

Bərzaninin kürd dövləti yaratması İraqın ərazi bütövlüyünə ciddi zərbə olacaq —

Bərzani bildirib ki, əgər Maliki yenidən baş nazir olsa, heç kəsdən soruşmadan, heç kəslə məsləhətləşmədən Kürdüstanın müstəqilliyini elan edəcəm. Biz Maliki hökumətinin idarə etdiyi İraqın içində qala bilmərik.

interposta.info bildirir ki, İraq daxilində baş verən proseslər və Bərzanin bəyanatı haqqında politoloq Mübariz Əhmədoğlu Ölkə.Az-a danışıb:

"Siyasətçi üçün məsuliyyət çox vacibdir. Bu gün dünyanın problemi ondan ibarətdir ki, son 15 ildə Qərbdə ciddi adamlar ölkə rəhbərliyinə gəlməyib. Bu ABŞ-a da, Fransaya da, İtaliyaya da aiddir. Əslində dünyanın xaosa gəlib sürüklənməsinin səbəbi hakimiyyətə qeyri-ciddi adamların gəlməsidir.

Maliki baş nazir idi və o vaxt onun baş nazirliyi yarımçıq dayandırılıdı. Çünki onun hakimiyyəti dövründə ölkədə problemlər və narazılıqlar artdı. Rüşvət və korrupsiya ilə bağlı məsələlər üz çıxdı və bunlara görə də, hakimiyyəti təhvil verməli oldu. İraqda parlement seçkilərinə hazırlıqlar gedir. İraqda əhalinin 60%-i şiədir. Ölkə konstitusiyasına görə, bütün hallarda İraqın baş naziri şiə olacaq. Ona görə də, Maliki ön plandadır. Malikinin yüksək xüsusiyyətləri var, ancaq indiki vəziyyətdə Maliki ətrafında söz-söhbətlər gedir. İndiki halda ən yaxşı yol Malikinin öz siyasi ambisiyasından geri çəkilməsidir. Maliki elə də yaşlı adam deyil, nə vaxtsa yenidən gəlib baş nazir ola bilər".

Bərzaninin səsləndirdiyi bəyanatla bağlı politoloq bunları dedi:

"İraq prizmasından baxaraq deyirəm ki, Bərzaninin müstəqil Kürdüstan dövlətini elan etməsi heç bir ciddi effekt yaratmayacaq. Dünya onsuzda oradakı Kürdüstanı müstəqil dövlət kimi qəbul edir. Əgər İraqda Kürdüstan dövləti yaranacaqsa, Qərbin onun mahiyyətini anlamağa vaxtı yoxdur.

Əgər bu hadisə baş verərsə, ən çox əziyyət çəkən İraqın ərazi bütövlüyü olacaq. Əgər kürd dövləti yaranacaqsa, etnopsixoloji prioritetlər qabaracaq. Sabitlik, balans pozulacaq. Arzu etməzdim ki, orada kürd dövləti yaransın. De fakto Bərzani kürd dövlətinin başçısıdır. Özünün başqa dövlətlərdə nümayəndəlikləri var, neftini müstəqil sata bilir, xaricdən nümayəndələri qəbul edir və buna görə rəsmi Bağdadla məsləhətləşmir.

Bərzaninin kürd dövləti yaratması dünyada hansısa dəyişikliyə səsəb olmayacaq, ancaq İraqın ərazi bütövlüyünə ciddi zərbə olacaq".

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26