Interposta.Info

Türk kəşfiyyatın eks-rəhbəri:

Dünya
 21-01-2017, 18:11     584

Türk kəşfiyyatın eks-rəhbəri:

Hələb Əsəd ordusu tərəfindən geri alındıqdan sonra ABŞ Bəşər Əsədə gizli təkliflər verir.

Axar.az xəbər verir ki, bunu “Tasnim” agentliyinə açıqlamasında Türkiyə Silahlı Qüvvələrinin keçmiş kəşfiyyat şefi İsmayıl Haqqı Pəkin söyləyib. Onun iddiasına görə, ABŞ bölgədə yaranan vəziyyəti öz lehinə dəyişmək istəyir:

“ABŞ-ın gizli təklifinə görə, Hələb və İdlib Əsədə qalmalıdır. Bunun əvəzində isə Rakka və Mosulda İŞİD-ə bənzər formada dövlət yaradılmalıdır. ABŞ hətta Fəratın şərqində muxtar kürd dövləti qurma planından da əl çəkməyib. Hələbdən sonra Rusiya, Türkiyə, İran və Suriya arasında yaxınlıq müşahidə edilir. Bunu isə ABŞ poza bilər. ABŞ Türkiyənin Əl Babdakı hərbi əməliyyatlarına maneə yaradır, PYD-ni dəstəkləyir, İŞİD-ə qarşı güclü əməliyyat keçirmir. Türkiyə artıq yalnız qalıb”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26