Interposta.Info

Seçkidə uduzan prezident hakimiyyəti təslim etmir -

Dünya
 19-01-2017, 13:19     618

Seçkidə uduzan prezident hakimiyyəti təslim etmir -
Qambiyada qeyri adi hadisə baş verib.

BakiPost.az xarici mətbuata istinadən xəbər verir ki, Afrika ölkələrindən biri olan Qambiyanın dövlət başçısı Yəhya Camme dekabr ayında keçirilən prezident seçkilərində məğlub olsa da, israrla hakimiyyətdən getməyəcəyini söyləyib. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Məclisini hərəkətə keçirən bu bəyanat ölkədə fövqəladə halın elan edilməsi ilə nəticələnib. Dünən gecə Qərbi Afrikanın başqa bir ölkəsi olan Mavritaniyanın dövlət başçısı Ould Abdel Əziz Yəhya Cammeni ziyarət edərək sabaha qədər hakimiyyəti təslim etməyəcəyi halda hərbi müdaxilə yolu ilə rəhbərlikdən uzaqlaşdırılacağını bildirib.

Qeyd edək ki, 1994-ci ildə dövlət çevrilişi ilə vəzifəyə gələn və Qambiyada 22 ildir iqtidarda olan Yəhya Camme prezident seçkilərində səslərin 36,7 faizini toplayaraq Birləşmiş Demokratlar Partiyası başçısı Adama Barrova (45.5%) məğlub olub.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26