Interposta.Info

Fövqəladə Hallar Nazirliyinin yeni mətbuat katibi danışdı:"Etimad olduqca məsuliyyətli və şərəflidir"

Ölkə
 1-03-2019, 16:39     10 453

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov yeni mətbuat katibi təyin edib.

REAL xəbər verir ki, nazirin müvafiq əmri ilə, Yəhya Babanlı Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi təyin edilib.

Yəhya Babanlı yeni vəzifəyə təyin olunduğunu təsdiqləyib.

"Etimad olduqca məsuliyyətli və şərəflidir. Bütün qüvvəmizi səfərbər edərək işimizlə bunu doğrultmaq ümdə vəzifəmizdir. İnanıram ki, mənə doğma olan mətbuat - həmkarlarım həyati vacib əhəmiyyətli FHN-yi ilə KİV arasında qarşılıqlı faydalı işin qurulmasında mənə dəstək göstərəcək və qarşıya qoyulmuş yeniliklər ilə bağlı tapşırıqların öhdəsindən birgə layiqincə gələcəyik", - Yəhya Babanlı REAL-a bildirib.

Qeyd edək ki, Yahya Babanlı "Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat mərkəzinin rəisi olub. O, bir müddət öncə öz ərizəsi ilə vəzifəsindən ayrılıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26